Avropada yeganə "Tesla" fabriki yanğın səbəbindən təxliyə edilib.
"Deutsche Welle" xəbər verir ki, səhər tezdən Almaniyada zavodun yaxınlığında baş verən yanğın nəticəsində təkcə zavod deyil, Berlinin bir neçə ərazisi də işıqsız qalıb.
İstehsal dayandırılıb, işçilər təxliyə edilib. "Tesla" işi tez bir zamanda bərpa edə biləcəyini gözləmir. Polis aydınlaşdırıb ki, yanğın ilkin bildirildiyi kimi yarımstansiyada deyil, ayrı elektrik xətti dirəyində baş verib.
Məlumata görə, hadisə ətraf mühit fəallarının etirazları ilə bağlı ola bilər. Keçən həftə onlar zavodun yanındakı meşədə düşərgə qurublar və “Tesla"nı dayandırın” şüarı ilə istehsalın genişləndirilməsinə etiraz edirlər.