XƏBƏRLƏR / Hadisə

Türkiyədə ağır yol qəzasında 20 turist xəsarət alıb

Bu barədə "TRT Haber" məlumat yayıb

Türkiyədə ağır yol qəzasında 20 turist xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası olub.

    Bu barədə "TRT Haber" məlumat verib.

    Məlumata görə, Tarsus-Adana-Gaziantep avtomobil yolunda turist avtobusu idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü də daxil olmaqla 20 nəfər xəsarət alıb.

    Hadisə yerinə təcili yardım maşınları, polis və jandarm qüvvələri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə Nurdağı Dövlət Xəstəxanasına çatdırılıb.

    Hadisə ilə bağlı araşdırma aparılır.