Bakıda binanın lifti qırılıb, 2 böyük, 2 uşaq xəsarət alıb
Dərhal hadisə yerinə üç təcili yardım briqadası cəlb olunub
Bakının Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, dərhal hadisə yerinə üç təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan 2 nəfər böyük (1 kişi, 1 qadın olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.