Daily Mirror qəzetinin verdiyi məlumata görə, Somalidən qalxdıqdan dərhal sonra göyərtəsində 55 nəfər olan "StarSky Airlines" təyyarəsi dənizə düşüb.
Təyyarə Ədən-Əddə Beynəlxalq Hava Limanından qalxıb, lakin hündürlük qazanmağa çalışarkən texniki problemlərlə üzləşib.

AirLive-ın məlumatına görə, Yasir çimərliyi yaxınlığındakı şahidlər də təyyarənin qeyri-adi dərəcədə aşağı hündürlükdə uçduğunu görüblər. Bütün sərnişinlər təxliyə edilib.
Hadisə yerindən çəkilmiş fotolarda təyyarənin aerodrom hasarının yaxınlığında dayandığı görünür. Bir qanadı tamamilə qopub.
1 dəqiqədən az