Kabo-Verdedə avtobus dərəyə aşıb: 25 uşaq həlak olub
Ölkədə iki günlük milli matəm elan edilib
16:01
SABC radiosunun məlumatına görə, Kabo-Verde ada dövlətinin hakimiyyəti əsasən məktəblilərdən ibarət 25 nəfərin ölümünə səbəb olan avtobus qəzası qurbanları üçün iki günlük milli matəm elan edib.
Radiostansiyasının məlumatına görə, ölkə daxilində dövlət bayraqları endirilib və əyləncə tədbirləri ləğv edilib. Kabo-Verde Prezidenti Xose Maria Neves qəzanı "əsl fəlakət" adlandırıb. Qəza XXI əsrdə ölkədə baş verən ən ölümcül qəzadır.
Məktəbli və tələbələri daşıyan avtobus Foqo adasından qayıdarkən yoldan çıxaraq Kampanas de Sima şəhəri yaxınlığında təxminən 30 metr hündürlükdən düşüb. 25 nəfər ölüb. Əvvəlki ölüm sayı 22 olub. 6-11 yaşlarında on iki məktəbli xəstəxanaya yerləşdirilib.
***
13:30
"Lusa" xəbər agentliyinin verdiyi məlumata görə, Qərbi Afrika ada dövləti olan Kabo-Verdedə avtobusun dərəyə düşməsi nəticəsində əksəriyyəti orta məktəb şagirdləri və universitet tələbələri olmaqla ən azı 22 nəfər həlak olub.
Agentliyin məlumatına görə, 6 ilə 11 yaşları arasında olan daha 18 məktəbli xəstəxanadadır. Dörd nəfərin vəziyyəti ağırdır.
Avtobus Foqo adasında gəzintidən qayıdarkən yoldan çıxaraq Kampanas de Sima şəhəri yaxınlığında təxminən 30 metr hündürlükdən düşüb. Qəzanın səbəbini müəyyən etmək üçün hadisə yerində ekspertlər qrupu işləyir.
Kabo-Verdenin Baş naziri Fransisko Karvalyo qurbanların ailələrinə başsağlığı verib. Foqo hakimiyyəti iki günlük matəm elan edib.
1 dəqiqə