XƏBƏRLƏR / Hadisə

Dehlidə boya fabrikində yanğın olub, 11 nəfər ölüb

Bu barədə Deutsche Presse-Agentur xəbər verir

Dehlidə boya fabrikində yanğın olub, 11 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hindistanın paytaxtı Dehlidə boya fabrikində baş verən güclü yanğın nəticəsində azı 11 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.

    Deutsche Presse-Agentur (DPA) agentliyi xəbər verir ki, yanğın axşam saatlarında fabrikin birinci mərtəbəsində hələlik bəlli olmayan səbəblərdən baş verib.

    Yuxarı mərtəbələrdəki insanların binanı tərk etmək imkanı olmadığı üçün ölənlərin sayının artacağı istisna edilmir. Yanğınsöndürənlər alovu bir neçə saatdan sonra nəzarət altına ala biliblər.

    Hindistanda bina yanğınları bir çox halda təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verir.