XƏBƏRLƏR / Hadisə

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb

YENİLƏNİB

Qusarda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 18:27

    Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (kişi cinsli) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Bu barədə TƏBİB-dən məlumat verib.

    Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əziyi diaqnozları təyin olunub.

    Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

    1992-ci il təvəllüdlü şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir.

    ***

    16:05

    Qusarda "Renault" markalı minik avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq su kanalına aşıb.

    Hadisə nəticəsində Ağdam rayon sakini 1992-ci il təvəllüdlü E.Əsgərov, Biləsuvar rayon sakini 1996-cı il təvəllüdlü A.Cəfərzadə, Ucar rayon sakini 2004-cü il təvəllüdlü R.Hüseynov, Bərdə rayon sakini 1994-cü il təvəllüdlü N.Məmmədov və Qusar rayon sakini, 1994-cü il təvəllüdlü N.Səlimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.

    Hadisə ilə bağlı araşdırma aparılır.