XƏBƏRLƏR / Hadisə

Bakıda bitum daşıyan yük maşını aşıb, maye yola dağılıb

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi xəbər verir

Bakıda bitum daşıyan yük maşını aşıb, maye yola dağılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb.

    DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

    Qeyd olunub ki, nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədilə metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.