Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb: 5 ölü
Türkiyə mətbuatı xəbər verir
Türkiyənin Mərsin bölgəsində işçiləri daşıyan servis avtobusu qəzaya düşüb.
Türkiyə mətbuatı xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
Hadisə yerinə xilasediciləri və təcili tibbi yardım heyəti cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.
1 dəqiqədən az