XƏBƏRLƏR / Hadisə

Gəndob-Xaçmaz-Yalama-Rusiya yolunda körpü uçub

Hadisə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən baş verib

Gəndob-Xaçmaz-Yalama-Rusiya yolunda körpü uçub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

    İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

    Əlavə məlumat veriləcək.