XƏBƏRLƏR / Hadisə

Kocaelide 7 mərtəbəli bina çöküb YENİLƏNİB

Bu barədə "TRT Haber" məlumat yayıb

Kocaelide 7 mərtəbəli bina çöküb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 17:08

    Kocaelinin Gebze rayonunda çökmüş yeddimərtəbəli binanın dağıntıları altında axtarış-xilasetmə işləri zamanı 18 yaşlı Dilarə Bilir dağıntılar altından sağ çıxarılıb. Dörd yaşlı bir qız və 11 yaşlı oğlanın cəsədləri tapılıb.

    ***

    15:48

    Türkiyədə çökən binanın dağıntıları altında qalan 5 nəfərdən ikisinin meyiti çıxarılıb.

    Digər üç nəfərin axtarışları davam edir.

    Gebze Bələdiyyəsinin sədri Zinnur Böyükgöz isə açıqlamasında çökən binanın 2012-ci ildə tikinti, 2013-cü ildə isə istismar icazəsi aldığını qeyd edib.

    ***

    11:33

    Kocaelinin Gebze rayonunda yeddi mərtəbəli bina naməlum səbəbdən çöküb.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Binanın içərisində olduğu güman edilən beş nəfərlik bir ailənin axtarışına başlanılıb.