XƏBƏRLƏR / Hadisə

Türkiyədə avtobus qəzası baş verib, ölən və yaralananlar var

Qəza Ərzurum vilayətinin Horasan rayonu ilə Qarsın Sarıqamış rayonları arasında baş verib VİDEO

Türkiyədə avtobus qəzası baş verib, ölən və yaralananlar var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyədə ağır yol-nəqliyyat hadisəsi var verib.

    Ərzurum-Qars magistral yolunun Karakurt bölgəsində iki avtobusun və bir yük maşınının toqquşması nəticəsində iki nəfər həlak olub, səkkiz nəfər yaralanıb. Hadisə ilə bağlı bölgəyə çoxlu sayda təcili tibbi yardım briqadaları, jandarma və axtarış-xilasetmə qrupları cəlb edilib.

    Qəza Ərzurum vilayətinin Horasan rayonu ilə Qarsın Sarıqamış rayonları arasında baş verib.

    Qars valiliyindən verilən açıqlamada xəsarət alanların Sarıqamış xəstəxanasına çatdırıldığı bildirilir.

    Qəzanın baş verdiyi ərazidə yağan qar səbəbindən yollar buz bağlayıb.