Xankəndi – Şuşa yolunda avtoqəza: 1 nəfər ölüb
Bir nəfər də ağır xəsarət alıb YENİLƏNİB
14:53
Xankəndi-Şuşa yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, iyulun 30-da saat 21:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi-Şuşa yolu ərazisindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
1990-cı il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
***
11:46
Xankəndi – Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində "Tofaş" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib. Avtomobildə olan Orxan Şirinov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
1 dəqiqə