XƏBƏRLƏR / Hadisə

İki hərbçimiz faciəvi şəkildə öldü

Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir

İki hərbçimiz faciəvi şəkildə öldü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Salyanda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

    Salyan şəhəri, N.Babayev küçəsində yerləşən mənzildə kirayə yaşayan iki hərbçinin meyiti aşkar edilib.

    Onların dəm qazından zəhərlənərək vəfat etdiyi bildirilir.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, vəfat edən hərbçilər Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri olub.