09:04
İstanbulda kilsədə adam öldürməkdə şübhəli bilinərək saxlanılanların Tacikistan və Rusiya Federasiyası vətəndaşları olduğu bildirilib. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.
***
06:36
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Santa Maria kilsəsində baş verən silahlı hücumla bağlı "Polis üzvlərimiz gün ərzində 30-dan çox basqın həyata keçirib. 47 nəfər saxlanılıb. Bu şübhəlilərin İŞİD üzvü olduğunu düşünürük" deyib.
Məlumatı TRT Haber yayıb.
***
00:40
İstanbulda yerləşən Santa Mariya kilsəsində silahlı insident törədən iki şübhəli saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.
Nazir şübhəlilərin saxlanılmasında iştirak edən təhlükəsizlik qüvvələrini keçirdikləri uğurlu əməliyyat səbəbilə təbrik edib.
Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.
***
28.01.2024
17:33
Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.
"TRT Haber"ə görə, xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum iki maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki maskalı silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib.
Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağına əmin edib.
"Ölümlə bağlı cəmiyyətə başsağlığı verirəm. Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq", - Ərdoğan bildirib.