Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, fevralın 11-i saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib.
Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si - Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Sürücü Fərhad İbrahimov və sərnişinlər - Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.
Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.
Faktla bağlı araşdırmalar davam etdirilir.