İran polisi Azərbaycan konsulunun ölümünün səbəbini yaydı
Təbrizdəki Azərbaycan Baş Konsulluğunun əməkdaşı Ramil İmranovun ölümü ilə bağlı təfərrüatlar açıqlanıb
İran polisi Təbrizdəki Azərbaycan konsulunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İran Polis Komandanlığı (FARAJ) Təbrizdəki Azərbaycan Baş Konsulluğunun əməkdaşı Ramil İmranovun ölümü ilə nəticələnən ölümcül yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatları açıqlayıb.

FARAJ yol polisinin rəisi Əhməd Kərimi Əsəd hadisənin şənbə günü günorta saatlarında Mərənd polis postunun nəzarətində olan ərazidə baş verdiyini bildirib.
Məlumata görə, diplomatik nömrə nişanlı "Kia Sportage" avtomobili yolun kənarında dayanmış betonqarışdıran yük maşını ilə toqquşub.
Polis bəyanatında qeyd olunub ki, avtomobildə olan yeganə sərnişin ağır xəsarətlərdən hadisə yerində vəfat edən Azərbaycan vətəndaşı R. İmranov olub.
İlkin araşdırma zamanı məlum olub ki, sürücü toqquşmadan əvvəl nəqliyyat vasitəsini effektiv şəkildə idarə edə bilməyib. Hadisə yerində əyləc məsafəsinin olmaması da bunu təsdiqləyir.
Faraj sözçüsünün sözlərinə görə, qəzanın ilkin səbəbi "sürücünün yola diqqətsiz yanaşması" hesab olunur. Lakin sürücünün səhhətinin qəzadan əvvəl pisləşməsi ehtimalı da nəzərdən keçirilir.
1 dəqiqə