Ermənistanda yanacaqdoldurma məntəqəsi partladı FOTO
Ağır yaralananlar var, yaxınlıqdakı yaşayış evlərinin sakinləri təxliyə edilib
Naxçıvan sərhədnə yaxın olan Ermənistanın Vayk şəhərində fövqəladə hadisə baş verib. 15 tonluq maye qaz çəni partlaması nəticəsində yanğın bir neçə 100 metr məsafədən görünür.
Fotojurnalist Qaqik Şamşyanın hadisə yerindən verdiyi məlumata görə, Vayk şəhərinin girişində maye qaz doldurma məntəqəsində naməlum şəraitdə tutumu 15 tona yaxın olan maye qaz çənində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər və MTN-nin Vayots Dzor regional şöbəsinin rəhbəri gəlib.
Yanğınsöndürən-xilasedicilər yaxınlıqdakı yaşayış evlərinin sakinlərini mənzilləri tərk etməyə çağırıb və xilasedicilər çoxmənzilli yaşayış binasından 12 nəfər sakini təxliyə edərək təhlükəsiz əraziyə aparıblar.
Fotojurnalist xəbər verir ki, yanğınsöndürənlər hadisə yerinə gələnə qədər 50 yaşlı Tiqran Babayan, 32 yaşlı Jorik Babayan və 41 yaşlı Misak Marqaryan müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Vaiki Tibb Universitetinin xəstəxanasına yerləşdiriliblər, sonra isə onlar İrəvandakı Milli Yanıq Mərkəzinə təhvil verilib.
Həkimlər T. Babayan və J. Babayanın səhhətini ağır, M.Margaryanın səhhətini isə orta ağır kimi qiymətləndirir.