XƏBƏRLƏR / Hadisə

Masallıda bazar yanır

Bir nəfərə sol qolun kəsilmiş yaraları, dörd nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib

Masallıda bazar yanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

    FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

    TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

    Hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. 1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.