XƏBƏRLƏR / Hadisə

Ermənistan Azad kəndindəki hadisənin yeni təfərrüatını yayıb

Xatırladaq ki, yanvarın 19-da gecə saatlarında Basarkeçərdəki hərbi hissədə 15 hərbçi ölüb, 6 nəfər yaralanıb

Ermənistan Azad kəndindəki hadisənin yeni təfərrüatını yayıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ermənistanın İstintaq Komitəsi Müdafiə Nazirliyinin hərbi hissəsinin mühəndis-istehkamçılar rotasının binasında baş verən yanğının yeni təfərrüatlarını açıqlayıb. Bu barədə "news.am" məlumat yayıb. Belə ki, 13 may 2021-ci il tarixindən etibarən Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühəndis-istehkamçı rotası Basarkeçər rayonunun Azad kəndinin evlərindən birinə yerləşdirilib.

    Ev qonaq otağı və iki otaqdan ibarət olub, biri cəbbəxana, digəri isə kazarma kimi iki mərtəbəli hərbi çarpayıların qoyulduğu yer olub. Ev zalda quraşdırılmış odun sobası ilə qızdırılırmış.

    18 yanvar 2023-cü il tarixdə hərbi hissənin mühəndis-texniki xidmətinin zabiti, bu evərdə xidmət edən kapitan tağım komandiri təyin edilib.

    Həmin gün saat 18 radələrində şəxsi heyət onlara verilən tapşırıqları yerinə yetirərək, əraziyə qayıdıb və saat 21:30-da yatmağa gedib.

    Yanvarın 19-da saat 00:40 radələrində şəxsi heyətin əsas hissəsi kazarmada yatıb, iki çağırışçı sürücü su dalınca gedib.

    Xidmətçi mətbəxdə cib telefonu ilə danışırmış. Bu zaman rota komandiri çağırışçı əsgərdən sobanı alovlandırmaq üçün mühəndis avadanlığının starterinə yanacaq doldurmaq üçün nəzərdə tutulan benzinin olub-olmaması barədə soruşub. Daha sonra 5 litrlik plastik qabda benzinlə sobanı yandırmağa cəhd edib. Bu, hal şahidlərinin ifadələri ilə də təsdiqlənir ki, göstərilən yerdə 10 ədəd 5 litrlik benzin balonu olub və hadisə yerinə baxış zamanı onlardan 9-u aşkar edilib.

    Ocağı benzinlə doldurduqdan sonra alov qalxıb, nəticədə alovlanan kapitan benzin qabını avtomatik olaraq yan tərəfə atıb, sonra da yanıq xəsarətləri alan başqa bir çağırışçı ilə birtəhər evdən çıxıb.

    Atəşin sürətlə yayılması nəticəsində əsgərlər binanı qapıdan tərk edə bilməyiblər, lakin çöldəki əsgərlər iki çağırışçıya kazarmadan çıxmağa kömək edə biliblər.

    Çağırışçılardan biri olan sürücü “Ural” markalı yük maşını ilə yoldaşlarını çıxarmaq məqsədi iki dəfə evin divarını deşib, nəticədə divarın bir hissəsi dağılıb. Lakin atəşin sürətlə yayılması səbəbindən içəridə qalan əsgərləri təxliyə etmək mümkün olmayıb, nəticədə 15 əsgər həlak olub. Yanğın söndürüldükdən sonra onların cəsədləri çıxarılıb.

    İstintaq davam edir.