XƏBƏRLƏR / Hadisə

Pakistanda güclü partlayışda 13 ölü, 50 yaralı var

Bu barədə "Reuters" xəbər yayıb

Pakistanda güclü partlayışda 13 ölü, 50 yaralı var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın şimal-qərbində yerləşən Svat vadisinin terrorla mübarizə idarəsində güclü partlayış baş verib. Bu barədə "Reuters" agentliyi Pakistan polisinə istinadən məlumat yayıb.

    Terrorla mübarizə idarəsinin silah-sursat anbarında baş verən iki partlayış nəticəsində azı 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

    Polis döyüş sursatlarının "çox güman ki, elektrik qısaqapanması səbəbindən alovlandığını" bildirib. Hələlik kənardan hücuma dair heç bir dəlil müəyyən edilməyib.