Barselona metrosunda yanğın baş verib: 130 insan zəhərlənib
İspaniya mediasının məlumatına görə, təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib
Barselona metrosunda baş verən yanğında 130-dan çox insan tüstüdən zəhərlənib.
İspaniya mediasının məlumatına görə, təxminən 40 nəfər xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, yanğın "Clot" və "Glories" stansiyaları arasındakı tuneldə üzlük materiallarının düşməsi və alovlanması nəticəsində başlayıb.
Qatı tüstü səbəbindən qatarda qalan sərnişinlər təcili yardım qapılarını özləri açmağa və relslərdən platformaya qədər təxminən 200 metr getməyə məcbur olublar.
1 dəqiqədən az