Yenə Xəzər üzərində təyyarə qəza siqnalı verib
Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus təyyarə Həştərxanda qəza enişi edib

Dubay-Moskva marşrutu ilə uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.
Təyyarə Rusiyanın "Pobeda" Hava Yollarına məxsusdur. “Boeing 737” sərnişin təyyarəsinin təcili enişinə yanğın siqnalı səbəb olub. İlkin məlumata görə, yanğın olmayıb. "Pobeda" RİA Novosti-yə bildirib ki, aviaşirkət uçuşda qəza siqnalı ilə bağlı xəbərləri araşdırır.
Uçuş radar xidmətinin məlumatına görə, təyyarə Həştərxan hava limanına yönləndirilib. REN-TV mənbəyə istinadən yazır ki, Boeing artıq Həştərxana uğurla enib.