Vilnüsdə yük təyyarəsi yaşayış evinin üzərinə düşüb
Bu barədə yerli “Delfi” portalı məlumat yayıb
Vilnüsdə yük təyyarəsi ikimərtəbəli yaşayış evinin üzərinə düşüb.
Bu barədə yerli “Delfi” portalı məlumat yayıb.
Təyyarədə dörd nəfər - iki pilot və iki şirkət əməkdaşı olub. Bildirilib ki, iki nəfər sağ qalıb. Onları təyyarədən çıxararaq tibb işçilərinə təhvil veriblər.
İlkin məlumata görə, təyyarə DHL şirkətinə məxsusdur.
Təyyarə Almaniyanın Leypsiq şəhərindən uçurmuş və "SWIFT Air" tərəfindən idarə olunurdu. DHL bu təyyarələri icarəyə götürür.
Yaşayış binasında xəsarət alan sakinlər barədə məlumat yoxdur.
Yanğının söndürülməsinə 7 yanğınsöndürən maşını və hava limanının yanğınsöndürmə briqadası cəlb olunub.