XƏBƏRLƏR / Hadisə

Filadelfiyada tibbi təyyarə ticarət mərkəzinə düşüb

Təyyarənin göyərtəsində 6 nəfər, o cümlədən bir uşaq olub

Filadelfiyada tibbi təyyarə ticarət mərkəzinə düşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  •  ABŞ-ın Filadelfiya ştatında göyərtəsində 6 nəfərin olduğu tibbi təyyarə ticarət mərkəzinin yaxınlığında qəzaya uğrayıb. BBC xəbər verir ki, partlayış nəticəsində evlərə və avtomobillərə ziyan dəyib.

    ABŞ-ın yeni təyin olunmuş nəqliyyat naziri Şon Daffi özünün sosial şəbəkədəki X səhifəsində Learjet 55-in Şimal-Şərqi Filadelfiya hava limanından qalxdıqdan sonra qəzaya uğradığını bildirib. Təyyarədə altı nəfər olub.

    Təyyarənin sahibi olan "Jet Rescue" hava təcili yardım xidməti bildirib ki, qəza zamanı təyyarədə dörd ekipaj üzvü, həmçinin bir uşaq və bir müşayiətçi olub.

    "Bizim sağ qalanlar haqqında heç bir məlumatımız yoxdur və alovun şiddətinə, dağıntılara və qəzanın növünə əsaslanaraq, sağ qalanların olub-olmamasına şübhə edirik, -i "Jet Rescue Air Ambulance" sözçüsü Şai Qold deyib.