XƏBƏRLƏR / Hadisə

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bu barədə DİN mətbuat xidməti xəbər yayıb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Gəncədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Belə ki, hərəkətdə olan “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanmış “Chevrolet”ə, daha sonra isə ağaca və köşkə çırpılıb.

    Maşın həmin vaxt ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub. Qadın hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.