XƏBƏRLƏR / Hadisə

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb

FHN xəbər verir

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:30

    Bakının Xətai rayonunda yaşayış binasında baş verən yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

    Bildirilib ki, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

    Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

    ***

    16:33

    Bakının Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.