XƏBƏRLƏR / Hadisə

Rusiya sülhməramlılarının sürsatla dolu “Kamaz”ı yanıb FOTO

Hadisə Ermənistan ərazisində baş verib

Rusiya sülhməramlılarının sürsatla dolu “Kamaz”ı yanıb FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya sülhməramlılarına məxsus “Kamaz” yanıb.

    Dekabrın 15-də Ermənistanın Sünik (Zəngəzur) rayonunda fövqəladə hadisə baş verib.

    Saat 10:50 radələrində Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Milli 9-11 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İrəvan-Meğri trasının Sisyan-Spandaryan hissəsində döyüş sursatı və silahla dolu “KAMAZ” markalı yük avtomobilinin yanması barədə məlumat daxil olub. 

    Zərərçəkənlər barədə məlumat verilmir. Silah-sursatın haradan-haraya daşınması barədə də heç bir informasiya yoxdur.