Pekin metrosunda 2 qatar toqquşub, 515 nəfər xəsarət alıb
102 nəfərə sümük sınıqları diaqnozu qoyulub
Pekin metrosunun yerüstü xəttində baş verən qəza nəticəsində ağır xəsarət alanların sayı 102-yə yüksəlib.
Pekin meriyasının açıqlamasına deyilir ki, metronun Çanpin xəttində hərəkətdə olan qatarın maşinisti öndəki qatarın dayandğını görüb və toqquşmamaq üçün əyləci basıb. Amma şaxtalı hava səbəbindən relsin səthi buz bağladığı üçün qatar sürüşərək öndəki qatarla toqquşub.
Hadisə yerinə gələn xilasedicilər 515 sərnişini müayinə üçün yaxınlıqdakı xəstəxanalara çatdırıblar. Onlardan 423 nəfəri müayinədən və ilkin tibbi yardımdan sonra xəstəxanadan buraxılıb edib. Ümumilikdə, 102 nəfərə sümük sınıqları diaqnozu qoyulub, onlardan 67 nəfəri stasionar müalicəyə cəlb olunub. Pekin meriyası qəzanın detallarını araşdırmaq üçün xüsusi təhqiqat qrupu yaradıb.
Qeyd edək ki, Pekin metrosunun Çanpin xətti şəhər mərkəzini Çanpin rayonu ilə birləşdirir və bu marşrutla gündə orta hesabla 400 min sərnişin daşınır.