XƏBƏRLƏR / Hadisə

Çinli turistlərin maşını Baykal gölündə buzun altına gedib

Maşında olan səkkiz nəfər, o cümlədən 14 yaşlı uşaq həlak olub

Çinli turistlərin maşını Baykal gölündə buzun altına gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İnternetdə Çinli turistlərin Baykal gölündə ölüm hadisəsi baş verən yerdən məlumat yayılıb.

    20 fevralda Çinli turistlər "Üç qardaş" burnuna ekskursiyaya çıxıblar. Sürücü buzda çatı görməyib və avtomobil buzun altına gedərək sürətlə batıb.

    Yalnız bir sərnişin sağ qalıb. Maşında olan digər səkkiz nəfər, o cümlədən 14 yaşlı uşaq həlak olub.

    Qəza yerindəki dərinlik 18 metrə qədərdir.

    Turun təşkilatçısı rəsmi olaraq qeydiyyatdan keçməyib.

    Cinayət işi açılıb.