XƏBƏRLƏR / Hadisə

Yakutiyada An-3 təyyarəsi qəzaya uğrayıb, ölənlər var

Bu barədə Rusiya mediası məlumat yayıb

Yakutiyada An-3 təyyarəsi qəzaya uğrayıb, ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yakutiyada An-3 yük-sərnişin təyyarəsi qəzaya uğrayıb. Sərt eniş nəticəsində bir nəfər ölüb. İlkin versiyaya görə, qəzaya səbəb mühərrikin sıradan çıxması olub.

    Bu barədə Rusiya mediası məlumat yayıb.

    Təyyarənin göyərtəsində beş nəfər - üç ekipaj üzvü və iki sərnişin olub.

    Bölgənin Fövqəladə Hallar Xidməti bir nəfərin öldüyünü bildirir. İlkin məlumatlara görə, uçuş qızıl hasilatı şirkətlərindən birinin podratçıları tərəfindən həyata keçirilib. Təyyarə Olekminsk-Jeleznoqorsk-İlimski marşrutu ilə uçurmuş. An-3 təyyarəsi Borus Airlines şirkətinə məxsusdur