XƏBƏRLƏR / Hadisə

Dəliməmmədli kəndində yeniyetmələr bıçaq davasına çıxıblar

Orta məktəbin şagirdləri arasında insident baş verib, bıçaqlanan var

Dəliməmmədli kəndində yeniyetmələr bıçaq davasına çıxıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Goranboy rayonu Dəliməmmədli kəndi M.Zeynalov adına tam orta məktəbin şagirdləri arasında insident baş verib.

    Məlumata görə, şagirdlər bir-birinə xəsarət yetiriblər. 2007-ci il təvəllüdlü Şeyxov Ayxan Məhəmməd oğlu döş qəfəsinin kəsilmiş xəsarəti ilə xəstəxanaya aparılıb.

    "Hazırda idarənin və rayon təhsil sektorunun əməkdaşları təhsil müəssisəsindədir. Bununla yanaşı, hüquq-mühafizə orqanlarına, Elm və Təhsil Nazirliyinə, digər aidiyyəti qurumlara məlumat verilib. Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək", - idarədən qeyd olunub.