14:15
Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı üçə çatıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Qeyd olunub ki, dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.
***
13:32
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “MAN” markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Toyota” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
1 dəqiqə