Odişa ştatında sərnişin qatarı relsdən çıxması nəticəsində 288 nəfər ölüb - AFP
***
Hindistanın Odişa ştatında sərnişin qatarı relsdən çıxıb. KİV-in məlumatına görə, onlarla insan ölə bilər, yüzlərlə insan yaralanıb.
“Times of India”nın məlumatına görə, qəza nəticəsində 300-dən çox insan xəsarət alıb, daha bir neçə nəfər ölüb. Eyni zamanda, yerli hakimiyyət orqanlarına istinadən bildirilir ki, 192 nəfər yaralanıb, daha 80 nəfər ölüb. Aşan vaqonlardan bir çox sərnişinin çıxa bilmədiyi də deyilir.
Nə baş verdiyi hələ məlum deyil. “Times of India” yazır ki, sərnişin qatarı relsdən çıxıb, daha sonra yük qatarı ilə toqquşub.