XƏBƏRLƏR / Hadisə

İtən qayçıya görə 200-ə yaxın aviareys təxirə salınıb

Yaponiyada baş vermiş hadisə haqda NHK telekanalı xəbər verir

İtən qayçıya görə 200-ə yaxın aviareys təxirə salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yaponiyada qayçı itdiyi üçün 200-ə yaxın reys təxirə salınıb, daha 25 reys ləğv edilib - NHK.

    Telekanalın məlumatına görə, gediş zonasında yerləşən mağazalardan birində qayçı itib. Qayçının terrorçu tərəfindən oğurlanaraq təyyarənin göyərtəsində aparıla biləcəyi istisna olunmadığından insident terror təhlükəsi kimi təsnif edilib.