XƏBƏRLƏR / Hadisə

Tatarıstanda yanğın: altı nəfər ölüb

Yanğın elektrik avadanlığından istifadə qaydalarının pozulması səbəbindən baş verib

Tatarıstanda yanğın: altı nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tatarıstanda yanğın nəticəsində altı nəfər ölüb.

    Bu barədə yerli mətbuat Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

    "Malorençenski qəsəbəsində heyvandarlıq kompleksinin ərazisində fəhlələrin müvəqqəti yaşayışı üçün nəzərdə tutulmuş ev yanıb. Binada 39 nəfər olub. Yanğınsöndürənlər yanğını söndürərkən altı kişinin meyitini aşkar ediblər", - məlumatda deyilir.

    İlkin məlumata görə, yanğın elektrik avadanlığından istifadə qaydalarının pozulması səbəbindən baş verib.