XƏBƏRLƏR / Hadisə

Çində magistral yol çöküb, 19 nəfər ölüb

Çində magistral yol çöküb, 19 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin cənubunda yerləşən Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsinin çökməsi nəticəsində 19 nəfər ölüb.

    Bu barədə xarici mənbələr məlumat yayıb.

    Qeyd edək ki, Çinin cənubundakı Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çökdükdən sonra 18 avtomobil dağıntılar altında qalıb.

    Hadisə çərşənbə günü gecə Meyçjou şəhərində baş verib. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

    Dağıntıların təmizlənməsi davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.