XƏBƏRLƏR / Hadisə

Türkiyədə dəfnə gedən insanları daşıyan mikroavtobus aşıb

24 yaralı var

Türkiyədə dəfnə gedən insanları daşıyan mikroavtobus aşıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İstanbuldan Sinopa dəfn mərasiminə gedən insanları aparan, sürücüsü naməlum olan mikroavtobus Karabük-Kastamonu yolunun Nalcıkuyucağı kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

    Bölgəyə çoxlu sayda təcili yardım, jandarm qrupları göndərilib.

    Qəzada yaralanan 24 nəfər təcili yardımla şəhərin müxtəlif xəstəxanalarına göndərilib.