XƏBƏRLƏR / Hadisə

Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb: 6 ölü

38 nəfər xəsarət alıb

Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb: 6 ölü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Gürcüstan-Moskva” marşrutu ilə hərəkət edən avtobus Rusiyanın Stavropol diyarında qəzaya uğrayıb.

    TASS xəbər verir ki, avqustun 30-na keçən gecə “Qafqaz” federal avtomobil yolunun 3-cü kilometrində yüksək sürətlə hərəkət edən Gürcüstan-Moskva marşrutu ilə avtobusu qarşıdakı “KamAZ”-a çırpılıb, daha sonra yol kənarındakı xəndəyə aşıb.

    Qəza nəticəsində 6 nəfər hadisə yerində ölüb, 10-u uşaq olmaqla, xəsarət alan 38 nəfər xəstəxanaya yerləşdirilib.