XƏBƏRLƏR / Hadisə

Mərdəkanda dənizdə 4 nəfər batıb, birinin meyiti tapılmayıb

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib

Mərdəkanda dənizdə 4 nəfər batıb, birinin meyiti tapılmayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 17:09

    Axtarışlar nəticəsində dalğıc-xilasedicilər tərəfindən 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, digər şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.

    Qeyd edək ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    15:36

    Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

    Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.

    Əlavə məlumat veriləcək.