Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, dekabrın 25-də saat 08 radələrində Lənkəran rayon sakini S.Xudiyevin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakini E.Mirzəyevin idarə etdiyi "KamAZ" markalı avtomobillə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar.
Faktla bağlı araşdırma aparılır.