Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.
İlkin məlumata görə, avtobusun aşması nəticəsində 20-dən çox yaralı var.
Bildirilib ki, hospitalizasiya olunanlardan 18-i kişi, 2-i qadındır:
"Onlardan 18-də bədənin müxtəlif nahiyələrin travması diaqnozu qeydə alınıb. 2 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.