Rusiyanın Kaluqa vilayətində "Mi-28" helikopteri qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, helikopter boş əraziyə düşüb.
Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.
Xatırladaq ki, ötən il mayın 12-də Krımın Cankoy rayonunda Mi-28 helikopteri planlı təlim uçuşu zamanı qəzaya uğramışdı. Müdafiə Nazirliyinin o zaman verdiyi məlumata görə, hər iki pilot həlak olub. Nazirlik helikopterdə sursat olmadığını, yerdə isə dağıntı olmadığını vurğulamışdı. Qəzaya səbəb kimi texniki nasazlıq göstərilmişdi.