Cənubi Koreyanın paytaxtı Seulun cənubundakı Hvason şəhərində litium batareya zavodunda yanğın olub, ölənlər var.
"Yonhap" agentliyi xəbər verir ki, yanğın baş verən ərazidən 20-yə yaxın cəsəd tapılıb.
Yanğında itkin düşənlərdən 20 nəfərinin əcnəbi olduğu güman edilir.
Qeyd olunub ki, gündəlik tam və yarım-ştat işçilərin siyahısı bəlli olmadığı üçün ölü sayı dəyişə bilər.
Seuldan 45 kilometr cənubda yerləşən Hvasonda yerləşən litium batareya istehsalçısı "Aricell"in zavodunda yanğın yerli vaxtla səhər saat 10:30 radələrində başlayıb və yanğın saat 15:00-da tam nəzarət altına alınıb. Yanğınsöndürənlər alovun başlanmasından 4 saatdan çox vaxt keçdikdən sonra zavoda daxil olub və cəsədləri aşkar ediblər.