XƏBƏRLƏR / Hadisə

Bilgəhdə dənizdə nəzarətsiz ərazidə 25 yaşlı oğlan batıb

FHN xəbər verir YENİLƏNİB / VİDEO

Bilgəhdə dənizdə nəzarətsiz ərazidə 25 yaşlı oğlan batıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

    VİDEO

    Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.