XƏBƏRLƏR / Hadisə

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb

YENİLƏNİB

Mingəçevirdə kanalda batan yeniyetmənin meyiti tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 16:43

    Mingəçevirdə Qarabağ kanalında batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb.

    Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batan şəhər sakini, 14 yaşlı Nicat Şərifzadənin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    05 avqust 2026-cı il


    19:57

    Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında bir nəfər batıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

    Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

    VİDEO