Braziliyanın şimal-şərqində yaşayış binasının çökməsi nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər itkin düşüb. Bu barədə yerli media orqanları məlumat yayıb. Yaşayış binası Braziliyanın Pernambuko ştatında yerləşir. Ölənlər arasında 8 və 5 yaşlı iki azyaşlı uşaq da var. Mülki müdafiə nümayəndələrinin sözlərinə görə, dağıntılar altından 4 nəfər sağ xilas edilib.
Dağılmanın səbəbi hələlik məlum deyil.