Lerikdə avtomobil dərəyə aşıb, 7 nəfər xəsarət alıb
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər YENİLƏNİB
16:20
Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
TƏBİB-dən verilən məlumata görə, bu gün saat 10:15 radələrində Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 7 nəfər (1-i qadın, 6-sı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozları təyin olunub.
Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir.
***
13:20
Lerik rayonunda baş verən qəzada xəsarət alan 7 nəfər Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Onların hər birinə zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Qeyd edək ki, yol nəqliyyat hadisəsi bu səhər Lənkəran-Lerik magistralının 53-cü km-də baş verib.
***
11:59
Lerikdə avtomobil dərəyə aşıb, 6 nəfər xəsarət alıb.
Hadisə Lerik rayonu ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes Vito" markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan 6 nəfəri Lənkəran rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.
2 dəqiqə