XƏBƏRLƏR / Hadisə

Pakistanda yol qəzası nəticəsində azı 17 nəfər ölüb

İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb

Pakistanda yol qəzası nəticəsində azı 17 nəfər ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda sərnişin avtobusunun dəyərə aşması nəticəsində azı 17 nəfər ölüb, 20 nəfər yaralanıb. Bu barədə “Geo” televiziyası məlumat yayıb.

    Bildirilib ki, avtobusun sərnişinləri Tatta şəhərindən müsəlman sufilərin ziyarətgahına Bəlucistan əyalətində yerləşən Şah Noorani məbədinə gedən zəvvarlar olub.

    İlkin ehtimala görə, sürücü idarəetməni itirib və nəticədə avtomobil dərəyə aşıb.

    Hadisə zamanı xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.