XƏBƏRLƏR / Hadisə

Novxanıda ağır qəza: ölənlər var

Daewoo Gentra" ilə "Ural" toqquşub

Novxanıda ağır qəza: ölənlər var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Abşeron rayonu ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

    2001-ci il təvəllüdlü Həşimov Fərid İftixar oğlu idarə etdiyi "Daewoo Gentra" markalı avtomobillə Abşeron rayonu, Novxanı kəndi istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib və əks yola çıxıb.

    Nəticədə həmin yolda hərəkətdə olan 1986-cı il təvəllüdlü Eynullayev Zaur Eynulla oğlunun idarə etdiyi "Ural 4320" markalı yük avtomobili ilə toqquşması nəticəsində Fərid Həşimov və onun maşınında olan sərnişin, 1989-cu il təvəllüdlü Xudiyev Emin Cahangir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

    Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb, istintaq aparılır.